Vasitəçilik

Vasitəçilik nədir?

Server üzvü ilə alver edirsiniz, amma bir-birinizə güvənmirsiniz? Vasitəçimiz ödənişi özündə saxlayır və mübadiləni mərhələ-mərhələ idarə edir: pul yalnız məhsul təhvil verildikdən sonra satıcıya keçir. Hər addım qeydə alınır — mübahisə çıxarsa kimin nə etdiyi bəllidir.

Necə işləyir?

  1. Şərtlər

    Alıcı və satıcı kanalda şərtləri yazır, hər ikisi təsdiqləyir.

  2. Ödəniş vasitəçiyə

    Alıcı məbləği vasitəçiyə köçürür. Pul satıcıya hələ getmir.

  3. Məhsul təhvil

    Satıcı məhsulu verir, alıcı aldığını təsdiqləyir.

  4. Ödəniş satıcıya

    Vasitəçi məbləği satıcıya buraxır, sövdələşmə tamamlanır.

10%
Komissiya
1 ₼
Min. məbləğ
5000 ₼
Maks. məbləğ

Komissiya satıcının alacağından kəsilir — alıcı razılaşdığı məbləği ödəyir.

Qaydalar və şərtlər

Ümumi qaydalar

  • Vasitəçilik yalnız Discord serverimizdə, rəsmi vasitəçi rolu olan komanda üzvü ilə aparılır.
  • Sövdələşmə açılan kimi ayrıca kanal yaradılır: alıcı, satıcı və vasitəçi. Bütün danışıq həmin kanalda qalır.
  • Şərtlər kanalda yazılır və hər iki tərəf təsdiqləyir. Təsdiqdən sonra şərtlər dəyişdirilmir.
  • Ödəniş əvvəlcə vasitəçiyə köçürülür — məhsul təhvil verilənə qədər pul satıcıya ötürülmür.
  • Hər mərhələni tərəflər özləri təsdiqləyir; vasitəçi heç kimin yerinə düymə basmır.

Qadağalar

  • Qanunsuz, oğurlanmış və ya geri qaytarıla bilən ödəniş üsulu ilə alınmış məhsul.
  • Kanaldan kənar (DM) ödəniş və ya təhvil — belə halda heç bir zəmanət işləmir.
  • Vasitəçinin adından yazışmaq, saxta skrinşot göndərmək, başqasının hesabından istifadə etmək.
  • Yanlış məlumat verən və ya mübahisədə əməkdaşlıq etməyən tərəf qara siyahıya düşür.

Mübahisə

  • Mübahisə açılanda məbləğ vasitəçidə dondurulur, heç bir tərəfə ötürülmür.
  • Vasitəçi kanaldaki yazışmaya və təqdim olunan sübutlara (skrinşot, çek, video) baxır.
  • Sübut gətirmək iddia edən tərəfin öhdəsindədir.
  • Qərardan sonra məbləğ ya satıcıya buraxılır, ya da alıcıya qaytarılır.

Komissiya və məsuliyyət

  • Komissiya satıcının alacağından kəsilir; alıcı razılaşdığı məbləği ödəyir.
  • Faiz sövdələşmə açılan anda qeydə alınır — sonrakı dəyişiklik köhnə sövdələşməyə təsir etmir.
  • Vasitəçi məhsulun keyfiyyətinə zəmanət vermir; onun işi ödənişi və mərhələləri qorumaqdır.

Sövdələşmə Discord serverimizdəki vasitəçilik panelindən açılır.

Discord serverinə keç