Bu sənəd GSG Shop saytının (gsgshop.store) və Discord serverimizdəki botun hansı məlumatları topladığını, onlardan nə üçün istifadə etdiyini, kimlərlə paylaşdığını və nə qədər saxladığını izah edir. Sayta daxil olmaqla və ya sifariş verməklə bu siyasətlə razılaşmış sayılırsınız.
1. Topladığımız məlumatlar
Discord hesabı
- Discord ilə daxil olduqda yalnız Discord ID, istifadəçi adı və profil şəkli alınır. E-poçt ünvanınız alınmır.
- Girişdə istənilən "serverə qoşulma" icazəsi yalnız sizi Discord serverimizə əlavə etmək üçün bir dəfə istifadə olunur; Discord-un verdiyi giriş açarı (token) saxlanılmır.
Sifarişlər
- Məhsul və paket, miqdar, qiymət, sifariş kodu, sifarişin statusu və tarixi, ödəniş üsulunun adı, sifarişi icra edən əməkdaş.
- Ümumi xərcləməniz — müştəri rolunun (Discord rolu) avtomatik verilməsi üçün hesablanır.
- Bank kartı məlumatlarınızı saxlamırıq. Sayt ödəniş qəbul etmir; köçürmə dəstək bileti daxilində mağazanın göstərdiyi hesaba edilir.
Biletlər və yazışmalar
- Bilet kanalında yazdıqlarınız, bilet açılarkən verdiyiniz cavablar və göndərdiyiniz fayllar (məsələn, ödəniş qəbzi) Discord-da saxlanılır.
- Bilet bağlananda yazışmanın mətn nüsxəsi əməkdaşların daxili log kanalına göndərilir. Biletə verdiyiniz qiymət də qeyd olunur.
Rəylər
- Rəyin balı və mətni, adınız və profil şəkliniz saytda və Discord serverimizin rəy kanalında hamıya açıq göstərilir.
Vasitəçilik (escrow)
- Alıcı və satıcının Discord ID-si və adı, sövdələşmənin predmeti, məbləği və şərtləri, sövdələşmənin gedişatı və vasitəçiyə verilən qiymət.
Mükafatlar və bildirişlər
- Aldığınız mükafatlar və sizə göndərilən bildiriş mesajlarının çatdırılma statusu.
Texniki məlumatlar
gsg_sessioncookie — girişinizi 30 gün yadda saxlayır. İmzalıdır və səhifədəki skriptlər onu oxuya bilmir.gsg_oauth_statecookie — Discord ilə giriş zamanı 10 dəqiqəlik təhlükəsizlik yoxlaması üçündür.- Səbət — yalnız brauzerinizdə saxlanılır və sifariş verənə qədər serverə göndərilmir.
- IP ünvanı — giriş cəhdlərini məhdudlaşdırmaq üçün server yaddaşında bir dəqiqə saxlanılır. Veb serverin texniki jurnallarında da qala bilər.
- Analitika, reklam və ya izləmə skriptlərindən istifadə etmirik.
2. Məlumatlardan necə istifadə edirik
- Sifarişləri qəbul etmək, icra etmək və zəmanət öhdəliklərini yerinə yetirmək.
- Dəstək biletlərinə cavab vermək.
- Müştəri rollarını və mükafatları vermək.
- Fırıldaqçılığın qarşısını almaq (bilet və vasitəçilik üzrə məhdudiyyət siyahıları).
- Məlumatlarınızı satmırıq və reklam məqsədilə istifadə etmirik.
3. Məlumatlar kimlə paylaşılır
- Discord — giriş, bot, biletlər və rəylər Discord platforması üzərində işləyir.
- Google Fonts — saytın şriftləri Google serverindən yüklənir; bu zaman brauzeriniz IP ünvanınızı Google-a göndərir.
- Məlumatlarınız heç bir üçüncü tərəfə satılmır və reklam üçün verilmir.
4. Saxlama müddəti
- Sessiya — 30 gün; hesabdan çıxdıqda bütün cihazlarda dərhal etibarsız olur.
- Sifarişlər, rəylər və vasitəçilik qeydləri — zəmanət öhdəlikləri və müştəri rolunun hesablanması üçün saxlanılır.
- Ehtiyat nüsxələr — 14 gün.
5. Hüquqlarınız
- Sifarişlərinizə istənilən vaxt Profil səhifəsindən baxa bilərsiniz.
- Məlumatlarınızın düzəldilməsi və ya silinməsi üçün dəstək bileti açın. Tamamlanmış sifarişlərin qeydi zəmanət öhdəlikləri üçün saxlanıla bilər.
6. Təhlükəsizlik
- Sayt yalnız HTTPS üzərindən işləyir, sessiya imzalı cookie ilə qorunur, idarəetmə panelinə yalnız səlahiyyətli əməkdaşlar daxil ola bilir.
- Şəxsi məlumatlarınızı (şifrə, kart məlumatı və s.) heç kimlə — o cümlədən əməkdaş olduğunu iddia edən şəxslərlə — bölüşməyin.
7. Dəyişikliklər
- Bu siyasət yenilənə bilər. Son yenilənmə tarixi səhifənin yuxarısında göstərilir.
8. Əlaqə
- Məxfiliklə bağlı bütün sorğular yalnız dəstək bileti vasitəsilə qəbul edilir. İnzibatçılara birbaşa şəxsi ismarıc (DM) yazmayın.
